10 avqust 2010 00:05
Küveyt millisi də açıq məşq keçirəcək
Avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda Küveyt millisinin məşqi keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, avqustun 11-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Küveyt milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
