10 avqust 2010 00:19
Əfran İsmayılov: Məşqlərə beş aydan sonra qayıdacam
Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Əfran İsmayılov azerisport.az saytına zədəsi barəsində danışdı.
"Həkimlərin sözlərinə görə, xaçşəkilli bağlayıcılar zədələndi, bu isə çox ağır zədədi. Lakin karyeramı davam etdiricəm. Bunu ona görə deyirəm ki, bəzi KİV-lər mənim futbolçu gələcəyimi artıq "bastırıblar". Çərşənbə günü Türkiyəyə gedəcəm, orada üzərimdə əməliyyat keçirəcəklər. Əməliyyatı məşhur mütəxəssis Ömər Taş keçirəcək. Bir həftədən sonra isə Bakıya qayıdacam", - İsmayılov bildirdi.
Futbolçunun sözlərinə görə, həkimlər ona dörd aydan sonra gəzəcəyini bildirdilər: "Məşqlərə isə ancaq beş aydan sonra qayıdacam".
