10 avqust 2010 12:28
Mahir Şükürov: Rəşadı məcbur edə bilmərəm
Rusiyanın "Anjı" klubunun müdafiəçisi Mahir Şükürov Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun "Alaniya" komandasına keçidi barəsində öz fikirini bildirdi. "Hesab edirəm ki, onun Rusiya premyer-liqasında oynamağı çox yaxşı olardı. Mən onunla bu barədə danışmışam. O öz qərarını verdi. Və mən onu bu qərarı dəyişməyə məcbur edə bilmərəm", - Şükürov dedi.
