10 avqust 2010 00:29
Inter hücumçusunu buraxmaq niyyətində deyil
İtaliyanın "Inter" klubu hücumçu Diyeqo Milito ilə müqaviləsini 2014-cü ilə kimi uzatdı. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki müqavilə 2013-cü ilə kimi nəzərdə tutulmuşdu.
"Mən həmişə "Inter" və mənə inanan klubun prezidenti Massimo Morattiyə minnətdar olacam", - Milito dedi.
Həmçinin, komanda bu gün müdafiəçi Xavier Dzanetti ilə yeni müqavilə imzaladı.
