10 avqust 2010 00:38
Avropa Liqasının finalı Gürcüstanda
Avropa Liqasının finalı Gürcüstanda keçirilə bilər. Azerisport.az xəbər verir ki, UEFA-nın prezidenti Mişel Platini Avropa Liqası-2013-ün finalını Tiflisdə keçirilmək fikirini müsbət qarşıladı.
"Bu məsələni biz Gürcüstanın futbol federasiyası və hakimiyyəti ilə görüşlər zamanı müzakirə edəcəyik. UEFA-nın qərargahına qayıdandan sonra bu məsələ ilə bağlı son qərar veriləcək", - Platini bildirdi.
Mənbə: Bloomberg
