10 avqust 2010 12:55
Fabio Kapello: Məni fitə basın
İngiltərə millisinin baş məşqçisi Fabio Kapello "Wembley" stadionunda azərkeşlər tərəfindən yaxşı qarşılanacağlarını gözləmədiyini bildirdi. Azerisport.az xəbər verir ki, avqustun 11-də italyan mütəxəssisin komandası Macarsıtan yığması ilə qarşılaşacaq.
"Mən azərkeşlərn fit gözləyirəm. Biz DÇ-də uğursuz çıxış etdok və buna görə də hər şeyi anlayırıq və bu cür davranışı qəbul etməliyik. Mən həmişə azərkeşlərə hörmət etmişəm. Biz qələbəni də, məğlubiyyəti də bir yerdə yaşayırıq. Mən komandanın baş məşqçisiyəm. Buna görə də onlar məni də fitə baxmalıdırlar", - Kapello bildirdi
Mənbə: The Daily Mail
