11 avqust 2010 13:49
"Kral klubunun" növbəti transferi
Madridin "Real" klubu Londonun "Chelsea" komandası ilə müdafiəçi Rikardu Karvalyonun transferi haqqında razılığa gəldi. Azerisport.az "Kral klubunun" rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin müdafiəçisi Madrid təmsilçisi ilə ikiillik müqavilə imzalayacaq.
İspaniya mətbuatının məlumatına əsasən, transfer 8 milyon avro təşkil edir. Qeyd edilir ki, "Real"-ın hazırki çalışdırıcısı Joze Mourinyo futbolçu ilə "Porto" və "Chelsea" klublarında birgə çalışıblar.
