11 avqust 2010 14:46
Tuyqun Nadirov: Bu qəbul olunmaz qiymətdi
Azərbaycanın "Turan" klubunun müdafiəçisi Vurğun Hüseynovun XL-a keçidi baş tutmadı. "Biz bütün şərtlər barəsində razılığa gəlmişdik. Lakin, son anda "Turan"-ın yeni rəhbərliyi transfer məbləğini artırdı. Bu futbolçuya görə qəbul olunmaz qiymətdi. Buna görə də bu transferdən imtina etdik", - XL klubunun vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına bildirdi.
