11 avqust 2010 16:03
Yunis Hüseynov: Əfran İsmayılovun zədəsi Qarabağ`a pis təsir edə bilər
Azərbaycanın "Karvan" klubunun keçmiş baş məşqçisi Yunis Hüseynov hesab edir ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Borussia" (Dortmund) komandas ilə oyunda uğurlu nəticə əldə edəcək. "Qarabağ" necə hazırlaşdığı mənim yox, komandanın məşqçilərin işidi. Lakin hal hazırda onlar hər bir komanda ilə oynuya bilərlər. Ancaq etiraf etmək lazımdı ki, Əfran İsmayılovun zədəsi öz sözünü deyə bilər", - Hüseynov azerisport.az saytına bildirdi.
