11 avqust 2010 16:16
Mahir Şükürovun klubu müdafiəçisini itirdi
Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın "Anjı" komandası müdafiəçi Dato Kvirkvekiyanı itirdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin icarə müddəti bitdi və o "Rubin" komandasının heyətinə qayıtdı. Qeyd edək ki, bu mövsüm "Anjı"-nın heyətində Kvirkveliya 13 oyun keçirmişdi.
