11 avqust 2010 16:40
Bayern Münich 30 futbolçudan ibarət komandanı darmadağın etdi (VİDEO)
Almaniyanın "Bayern Münich" komandası mövsümə hazırlıq çərçivəsində "Allianz Arena"-da qeyri-adi bir oyun keçirdi. Azerisport.az xəbər verir ki, Münxen klubunun 11 oyunçusu Fitness First Winter Stars adlı komandasının 30 futbolçusuna qarşı oyun keçirdi. Bu komandanın heyətində Vankuver Olimpiadasının qızıl müakfatçıları və həmçinin "Bayern"-in keçmiş ulduzları, o cümlədən Lotar Matteusda çıxış etdi. 28 min azərkeş toplayan oyunda "Bayern" 11:1 hesabı ilə qələbə əldə etdi.
