11 avqust 2010 17:26
Arsenal hələ də qapıçı axtarışındadı
İngiltərənin "Manchester City" klubunun qapıçısı Şey Qiven Londonun "Arsenal" komandasının təklifi qəbul etmədi. Azerisport.az xəbər verir ki, 34-yaşlı qapıçı Mançester klubunu tərk etmək niyyətində deyil.
"Əlbətdə, "Arsenal" böyük klubdu, lakin keçid barəsində danışmaq hələ ki tezdi. Hələ ki mən Mançesterdə qalmaq istəyirəm", - Qiven bildirdi.
Lakin, qeyd etmək lazımdı ki, əgər "Manchester City"-nin əsas qapıçısı Co Hart olsa, o zaman Qiven London klubuna keçidi müzakirə oluna bilər.
Mənbə: footballpress.net
