11 avqust 2010 23:23
Qoran Tufeqciç: Birinci hissədə Azərbaycanın sol cinahı zəif idi
Azerisport.az xəbər verir ki, Küveyt yığmasının baş məşqçisi Qoran Tufeqciç Azərbaycan millisi ilə keçirdikləri yoldaşlıq oyunu barəsində öz fikirlərini bilrdirdi. "Mənim komandam beş ay ərzində bir yerə toplaşmayıb, buna görə də bəzi nüansları və Bakının isti havasını nəzərə alsaq, oyunumuz məni qane etdi. Azərbaycan millisinə gəldikdə isə, son bir il yarım ərzində komandada irliləyişlər var. Mən fikir verdim ki, ilk hissədə sizin sol cinahınız zəif idi, lakin ikinci 45 dəqiqədə bu düzəldi", - Tufeqciç dedi.
