11 avqust 2010 00:13
Almaniya klubu Ispaniya mətbuatının xəbərini təkzib etdi
Almaniyanın "Werder" klubu futbolçusu Mesut Özilin "Barcelona"-ya keçəcəyi məlumatı təkzib etdi. Azerisport.az bildirir ki, bu gün İspaniya mətbuatında xəbər yayılmışdı ki, "Werder"-lə "Barcelona" arasında Özilin keçidi ilə bağlı razılaşma əldə olunub. Lakin alman klubu bəyan edir ki, futbolçu ilə bağlı heç bir təklif gəlməyib.
"Biz heç kəslə danışığlar aparmırıq. Bizə "Barcelona"-dan heş bir təklif gəlməyib", - klubun mətbuat xidmətinin rəisi Tino Polster bildirdi.
