12 avqust 2010 13:32
ManUnited növbəti portuqaliyalı vunderkindi aldı
"Manchester United" klubu Portuqaliyanın "Guimaraes" komandasının gənc hücumçusu Bebeni aldı. Azerisport.az MU-nun rəsmi saytına istinadən xəbər verir ki, mankunianlar futbolçuya görə 7,4 milyon funt sterlinq verdilər.
Futbolçunun MU-nun baş məşqçisi ser Aleks Ferqüsona Portuqaliya millisinin çalışdırıcısı Karluş Keyruş məsləhət görüb. Bilindiyi kimi, Keyruş uzun müddət şotlandiyalı mütəxəssisini assistenti olub və ser Alekslə hələ də dostular.
Bir ay öncə Bebe "Guimaraes"-lə 5-illik müqavilə imzaladı. Lakin mövsümarası oyunlarda özünü çox yaxşı tərəfdən göstərə bildi və bu MU-nun skautların diqqətinu cəlb etdi. Qeyd edək ki, bundan əvvəl futbolçu 3-cü divizion komandası olan "Amador" klubunun heyətində çıxış edib.
