12 avqust 2010 16:47
Edin Ceko klubunu sərt şəkildə tənqid etdi
Almaniyanın "Wolfsburg" komandasının hücumçusu Edin Ceko klubun rəhbərliyindən narazıdı. Azerisport.az xəbər verir ki, futbolçu klub rəhbərliyini sərt şəkildə tənqid etdi.
"Mən "Wolfsburg" rəhbərliyinə hirsliyəm. Onlar məni aldatdılar. Bir il əvvəl "Milan" mənə maraq göstərəndə onlar söz verdilər ki, gələn il məmə azad agent statusunu verəcəklər. Lakin bunu etmədilər", - bosniyalı forvard dedi.
Klubun texniki direktoru Diter Heness futbolçuya bildirdi ki, bunu Cekoya komandanın keçmiş məşqçisi Armin Fei və menecer Frank Eliq söz veriblər.
