12 avqust 2010 00:00
Berti Foqts: Buraxılan topda Ruslan Əmircanovun günahı da var idi
Azerisport.az xəbər verir ki, Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts Küveyt millisi ilə oyundan sonra (1:1) öz fikirlərini bildirdi. "Bütövlükdə oyunla razı qaldım. Lakin son dəqiqələrdə qol buraxmağa haqqımız yox idi. İki müdafiəçi bir oyunçu ilə bacara bilmədi. Bu epizodda ki günahkardı? Günahın 50 faizi Əmircanovun üzərindədi. Mən çox istəyirdim ki, qələbə qazanaq. Lakin, təəssüflər olsun ki, bu bizdə alınmadı", - Foqts dedi.
