12 avqust 2010 12:07
Elvin MƏMMƏDOV: Qol vəziyyətlərindən pis istifadə etdik
Azərbaycan millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Elvin Məmmədov azerisport.az saytına müsahibə verdi.
Küveytlə növbəti görüş heç-heçə bitdi. Bunun səbəbi nədədi?
Hesab edirəm ki, bütövlükdə biz pis oynamadıq. Xeyli qol vəziyyətləri yaradmışdıq, lakin təkcə bir qol vura bildik. Heyf ki, oyunun sonunda buraxdıq. Rəqibimiz böyük hesabla məğlub edə bilərdik. Qol vəziyyətlərin realizasiyası yenə də pis səviyyədi idi. Rəqib standartan yaxşı top keçirtdi. Biz isə onlardan çox hücüm edirdik və vurada bilərdik.
Bir aydan sonra Avro-2012-nin seçmə mərhələsi start götürür. Bu sizi narahatlandırmır?
Mən hesab etmirəm ki, biz çox pis oynadıq. Və bu sadəcə yoxlama görüşü idi. Düşünürəm ki, biz qitə birinciliyinə hazırıq. Və bu dəfə biz keçmişlə müqayisədə daha yaxşı nəticə əldə edə bilərik.
Çətin ki almanlar hücumda belə sərbəstlik verəcəklər?
Bizə çoxlu sərbəstlik heç lazım da deyil. Orada təmamiylə fərqli oyun olacaq və biz də başqa cür oynayacayıq.
Siz yenə də millinin heyətində top keçirə bildiz. Nəzərə alsaq ki, "Qarabağ"-ın heyətində siz bundan da az vurusuz, bu bir az qəribə görsənir...
Bu şansıdı. Bəzən zərbə endirirsən və qol vurursan, bəzən isə top heç sənə gəlmir. Belə alınır ki, millinin heyətində mənim bəxtim daha çox gətirir. "Qarabağ"-ın heyətində də daha da çox fərqlənmək istiyərdim.
Əfran İsmayılov zədə səbəbindən heyətdən kənarda qaldı. Ola bilsin ki, siz onun yerinin tutacaqsız...
Əfrana görə heyf. Komandamızda ən yaxşı formada o idi. İmkan yaransa, onu əvəz etməyə çalışaram. Məşqçidən asılıdı. Kim bilir, bəlkə Qurban Qurbanov ümumiyyətlə məni meydançaya buraxmayacaq.
Bu halda "Qarabağ"-a Avropa Liqasının pley-off mərhələsindəki Dortmundun "Borussia" klubu ilə qarşıda gələn oyunlarda çox çətin olacaq?
Bizim çox yaxşı heyətimiz var. Və o özünü ən yaxşı tərəfdən göstərə bilər. Hətta "Borussia" kimi komandaya qarşı.
