12 avqust 2010 00:38
Rusiya klubu Vaqif Cavadovla maraqlanır
Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan millisinin və Hollandiyanın "Twente" komandasının hücumçusu Vaqif Cavadovla danışığlar aparır. Azerisport.az xəbər verir ki, bunu Samara klubunun prezident əvəzi Viktor Razveyev bildirdi. "Yəgin, hər kəs fikir verdi ki, kluba yeni baş məşqçi gələndən sonra komandanın oyunu alınır. İndi bizim yeganə problemimiz var – qol vura bilmirik. Buna görə də biz bir neçə hücumçu ilə danışığlar aparırıq. Onlardan biri Uruqvay millisinin oyunçusudu. Digəri isə, Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovdu. Əlbətdə, uruqvaylı forvardı daha üstün tutulur", - Razveyev Rusiya mətbuatına bildirdi.
