13 avqust 2010 14:00
XL 400 min avroya futbolçu almaq istəyir (FOTO)
Azərbaycanın "Xəzər-Lənkəran" klubu Rumıniyanın "Timisoara" komandasının Kosta-Rika əsilli futbolçu Uinston Parksı icarəyə götürmək istəyir. Azerisport.az rumın mətbuatına istinadən xəbər verir ki, futblçuya görə ödənilən ümumi məbləğ 130 min avro olacaq. Mövsümün sonunda isə tərəflər futbolçunun transferi haqqında müzakirələrə başlayacaqlar. Məlumata görə, oyunçuya görə 400 min avro ödəniləcək.
Xatırladaq ki, Parks DÇ-2002-də Kosta-Rikanın heyətində çıxış edib və yeganə qolunun Türkiyə millisinin qapısından keçirib.
