13 avqust 2010 14:28
Qarabağ`ın rəqibi hücumçusunu itirməyəcək
Almaniyanın "Borussia" (Dortmund) klubunun paraqvaylı hücumçusu Nelson Valdesin İspaniyanın "Hercules" komandasına transferi pozula bilər. Azerisport.az xəbər verir ki, La Liga-nın yeni təmsilçisi əvvəlcədən danışılmış oyunlarda iştirak etdiyində ittiham olunur və buna görə də komanda ikinci diviziona göndərilə bilər.
Xatırladaq ki, Dortmundun "Borussia" klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə qarşılaşacaq.
