13 avqust 2010 14:55
İngiltərə klubu Barcelona`nın hücumçusuna 116 milyon təklif edir
İngiltərənin "Manchester City" klubu İspaniyanın "Barcelona" komandasının hücumçu Zlatan İbrahimoviçin transferini həyata keçirməkdən vaz keçmir. Azerisport.az xəbər verir ki, İngiltərə klubu futbolçuya 4-illik müqavilə təklif edir və bu müddət ərzində İbrahimoviç 96 milyon funt sterlinq (116 milyon avro) qazanacaq. Klubun rəhbəri şeyx Mansur artıq oyunçunun agentinə bütün detalları izah edib. Həmçinin, bildirilir ki, İbranın əvəzinə ingili komandası "Barcelona"-ya Robinyonu da təklif edir.
Mənbə: The Sun
