13 avqust 2010 15:06
Milan Qana yığmasının ulduzunu heyətinə qatır
İngiltərənin "Portsmuth" klubu və Qana millisinin yarımmüdafiəçisi Kevin-Prins Boatenq İtaliyanın "Genoa" komandasına keçidi bu yaxınlarda baş tutacaq. Azerisport.az xəbər verir ki, Qenuya klubu 23-yaşlı futbolçunu alaraq onu "Milan"-a icarə əsasında verəcək. Gözlənilir ki, Boatenq "rossonerinin" heyətinə avqustun 16-da qatılacaq.
Mənbə: La Gazzetta dello Sport
