13 avqust 2010 16:46
Simurq xorvatiyalı qapıçı ilə gücləndi
Zaqatalanın "Simurq" klubu daha bir futbolçunu heyətinə cəlb edib. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı qapıçı Adnan Hodziçlə anlaşan "Simurq" növbəti 1 il ərzində bu futbolçunun xidmətindən yararlanacaq. Xorvatiyanın "Rijeka" klubunundan transfer olunan Adnan Hodziçin adı "Simurq"-un iştirak ərizəsinə salınmışdır. 25-yaşlı qapıçı yeni klubunda 22 nömrəli formada çıxış edəcək.
