13 avqust 2010 17:04
Veron Maradonanı sərt tənqid etdi
Arqentinanın "Estudiantes" klubunun yarımmüdafiəçisi Xuan Sebastyan Veron ölkənin yığma komandasının keçmiş baş məşqçisi Diyeqo Maradonanın işi barəsində öz fikirlərini bildirdi. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi dünya tarixinin ən yaxşı futbolçurından biri olan Maradonanın millidəki işini sərt tənqid etdi.
"Messi düzgün istifadə olunmurdu. Bizim taktikamıza görə o mərkəz xəttinə yaxın oynamalı idi, lakin hər dəfə 50-metrlik məsafəni gət etmək çətin olurdu. Həmçinin onun qabağında bir neçə müdafiəçi də çıxırdı. Bu mövqe onun xoşuna gəlmirdi. Və nəticədə, heçnə alınmırdı. Messi Maradona deyil, ona komandadan dəstək lazımdı", - Veron dedi.
Futbolçunun sözlərinə görə, Maradona ona bildirmişdi ki, o İspaniya yığmasında Xavi kimi funksiyaları yerinə yetirməlidi: "Lakin sonradan heyətə düçmürdüm. Oyuna üç yarımmüdafiəçi ilə çıxmaq qərarı da çox qəribə idi. Misal üçün Xavyer Maskerano hərdən üç rəqib futbolçu ilə qarşılaşırdı. Buna görə də, AFA yeni baş məşqçi təyin edəndə onun keçmiş futbolçu uğurlarına arxlanmamalıdı. Bizə təcrübəli məşqçi lazımdı", - Veron vurğuladı.
Mənbə: AP
