13 avqust 2010 17:36
Cokica Hacıyevski: XL ilə oyunda yaxşı nəticə əldə edə bilərik
Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Cokica Hacıyevski hesab edir ki, "Xəzər-Lənkəran"-la ölkə çempionatının ikinci tur çərçivəsində keçirəcəyi oyunda onun komandası sürpriz göstərəcək. "Biz yaxşı nəticə əldə etməyə qadirik. Lakin bunun üçün öz oyunumuzu göstərməliyik. Bu olmasa bizə çox çətin olacaq", - Hacıyevski azerisport.az saytına bildirdi.
