13 avqust 2010 17:45
Prüdomm Cavadova şans verəcək
Azerisport.az xəbər verir ki, Hollandiyanın "Twente" klubunun baş məşqçisi Mişel Prüdomm bildirdi ki, klubun ölkə çempionatına ərizəsində olan hər bir oyunçuya şans verəcək. "Komandamda çoxlu oyunçular var. Əlbətdə, əsas heyət dəyişməyəcək, lakin rotasiya müəyyəm dərəcədə olacaq. Belə ki, hər bir oyunçunun özünü göstərməyə şansı olacaq. Əsas odur ki, onlar məşqlərdə yaxşı çalışsınlar və meydançaya çıxmağa layiq olduğlarını sübut etsinlər", - Prüdomm Hollandiya mətbuatına bildirdi.
