13 avqust 2010 00:06
Chelsea braziliyalı vunderkindi alır
İngiltərənin "Chelsea" klubu Braziliyanın "Santos" komandası ilə hücumçu Neymarın keçidi barəsində razılığa gəliblər. Azerisport.az xəbər verir ki, "Chelsea", "Santos", Neymar və onun atası Nyu-Yorkda görüşərək, 18-yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəldilər.
Məlumata görə, transferin məbləği 25 milyon funt sterlinq təşkil edəcək.
Mənbə: Folha de Sao Paulo
