13 avqust 2010 00:22
Toni Adams: Komandam üzərində təzyiq hiss edirdi
Azərbaycanın "Qəbələ" klubunun baş məşqçisi Toni Adams ölkə çempionatın ikinci turun çərçivəsində keçiriləcək "Neftçi" ilə oyundan əvvəl azerisport.az saytına ilk tur və komandası barəsində danışdı.
"İlk turda "Xəzər-Lənkəran"-dan aldığımız məğlubiyyətə baxmayaraq (1:0), bütövlükdə mən oyundan razı qaldım. Ən əsası, yetirmələrimin öz işinə necə yanaşmasıdı. Müdafiə məni tam qane etdi. Məyus edən isə, hücum oldu", - Adams dedi.
Onun sözlərinə görə, məğlubiyyətdə heç kəsin günahlandırmır: "Biz öz oyunumuzu göstərə bilmədik. Komanda üzərində təzyiq hiss edirdi. Yəni ilk oyun təzyiqi, bu da futbolda norml bir haldı. Hücum xətti topu özündə az və pis saxlayırdı. Lakin biz heyfislənmirik, çünki irəlidə biz uzun və çətin yol gözləyir".
