13 avqust 2010 00:34
Karlos Teves karyerasını bitirmək istəyir
İngiltərənin "Manchester City" komandasının hücumçusu Karlos Teves artıq bir neçə dəfə bildirib ki, Arqentina yığmasının DÇ-2010-da uğursuz çıxışı ona çox pis təsir etdi. Azerisport.az xəbər verir ki, futbolçunu həmçinin əlavə etdi ki, onunla Arqentina futbol assosiasiyası arasında heç bir münaqişə yoxdu.
"Futbol tərk edəcəyim günə az vaxt qalır. Meydançaya çıxmaq çətindi, çünki orada baş verən artıq sevindirmir. Dünya çempionatdaki məğlubiyyətdən sonra öz adi halıma qayıdmaq mənim üçün çətindi. Mən arzu edirdim ki, vətənə qələbə ilə qayıdacam. Artıq Avropada oynamaq o qədər də xoş gəlmir", - Teves dedi.
Mənbə: goal.com
