14 avqust 2010 13:40
Emin İmaməliyev: Bu görüş tariximizdə ən vacib oyun olacaq
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Emin İmaməliyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Borussia" (Dortmund) komandası ilə qarşıda gələn görüşlər barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Baxmayaraq ki, bu görüş tariximizdə ən vacib oyun olacaq, hazırlıq adi rejimdə keçirilir. Əlbətdə, nəzərə almasaq ki, məşqlər süni azərkeşlərini səsi altında keçirilir. Hesab edirəm ki, bu bizə yardımçı olacaq. Lakin əsas rəqibimiz azərkeşlər yox, "Borussia"-nın özü olacaq", - İmaməliyev dedi.
