14 avqust 2010 21:15
Qarabağın rəqibi mövsümünü qələbə ilə başladı
Azərbaycanın "Qarabağ" klubunun Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Dortmundun "Borussia" komandası Almaniya Kubokunun ilk mərhələsində oyun keçirdi. Azerisport.az xəbər verir ki, dortmundlıların rəqibi "Burghausen" klubu idi. Oyun 3:0 hesabı ilə "Borussia"-nın xeyirinə bitdi. Qolları Barrios, Subotiç və Qroskoys vurdular.
