14 avqust 2010 00:04
Rusiyanın daha bir neçə klubu Vaqif Cavadovu almaq istəyir
Rusiya Premyer-liqasının daha bir neçə klubu Vaqif Cavadovu öz heyətində görmək istəyir. Azerisport.az xəbər verir ki, "Krılya Sovetov"-dan başqa Cavadovla Kazanın "Rubin" və Qroznının "Terek" komandaları da maraqlanır. Qeyd edək ki, Samara təmsilçisi "Twente"-nin hücumçusunu almaq niyyətini artıq bildirib.
