14 avqust 2010 12:31
Almanlar "Kral klubunun" təklifini qəbul etmədi
Almaniyanın "Werder" klubunun rəhbərliyi Madridin "Real" komandasına yarımmüdafıəçi Mest Özilin transferinə razılıq vermədi. Azerisport.az xəbər verir ki, "Kral klubunun" baş direktoru Xorxe Valdanonun sözlərinə görə, almanlar Özilə görə 16 milyon avro istəyir, lakin "Real" bundan az təklif edirdi.
Məlumata görə, buna baxmayaraq, danışığlar hələ ki davam edir. Yaxın saatlarda vəziyyət dəyişə bilər, çünki Madrid təmsilçiləri istəmirlər ki, Özil digər komandanın Çempionlar Liqasının ərizəsinə düşsün.
Mənbə: AS
