15 avqust 2010 13:12
Mesut Özil klub rəhbərliyindən narazıdı
Almaniyanın "Werder" komandasının yarımmüdafiəçisi Mesut Özil bildirdi ki, o klub rəhbərliyinin futbolçunun Madridin "Real" komandasına keçidi ilə bağlı mövqeyindən narazıdı. Azerisport.az xəbər verir ki, alman klubu "Real"-ın təklifini qəbul etməyib. Səbəb isə transfer qiymətinin aşağı olduğu göstərilir: "Werder" oyunçuya görə 16 milyon avro istəyir.
"Real"-a keçməyə imkan vermədiylərinə görə çox narazıyam. Axı Avropa qrandlarından olan klubun heyətində çıxış etmək hər bir futbolçunun arzusudu. Ümid edirəm ki, klublar arasında danışığlar davam edəcək", - Özil dedi.
Mənbə: Marca
