15 avqust 2010 14:06
Cokica HACIYEVSKI: XL-lə oyun maraqlı alınacaq
Azərbaycanın "Simrurq" klubunun baş bəşqçisi Cokica Hacıyevski azerisport.az saytına müsahibə verdi.
Azərbaycan çempionatının 2-ci turunda "Xəzər-Lənkəran"-la oyundan nə gözləyirsiz?
Şübhəsiz ki, bizə çətin olacaq. Rəqibiz birinci yer uğrunda mübarizə aparır. Yeni oyunçular və məşqçi alıb. Lakin biz sürpriz nəticə bağışlamağa hazırıq.
Hələ "Bakı"-nı çalışdırıısı olan vaxtlardan yadınızdadı ki, XL-lə oyunlar həmişə çətin olur.
XL güclü komandadı, böyük ambisiyaları var. Onlara qarşı oynamaq həmişə çətindi, əsasən də səfərdə.
"Simurq" hələ ki lənkəranlı məğlub edə bilməyib. Bu problemi necə həll edəcəksiz?
Siz bilirsiniz ki, bizdə gənc oyunçular toplaşıb. Əvvəlcədən oyun necə alınacağını deyə bilmərəm. Bu futboldu – hər şey baş verə bilər. Əlbətdə, biz təslim olmaq niyyətində deyilik. Əsas – öz oyunumuzu göstərək, əks halda bizə heç bir şey kömək edə bilməz.
Maraqlıdır, siz şəxsən XL-in baş məşqçisi Mirça Redniklə tanışsız?
Xeyr.
Bəs o hansı futbola üstünlük verdyini bilirsiz?
Deyə bilmərəm.
Bu qarşıda gələn oyunda sizin üçün problem yaradmaz?
Düşünürəm ki, yaradacaq. Lakin yaddan çıxartmaq lazım deyil ki, rəqibə də asan olmayacaq. Axı Rednik də məni tanımır və barəmdə xəbəri yoxdu. Bir şey deyə bilərəm ki – oyun maraqlı alınacaq.
"Simurq"-un heyətində yeganə təcrübəli futbolçu Samir Əliyevdi. Bu komandada balansı pozmur?
İlk dəfə mən bu futbolçunu Bakıda keçirilən Azərbaycan – Gürcüstan oyununda gördüm. Onun oyunu mənim xoşuma gəldi. Lakin sonradan onu zədələr təqib edirdi, ancaq yavaş-yavaş o öz formasına qayıdır. Düşünürəm ki, o bizim komanda üçün faydalı oyunçudu. Və həmçinin komandaya tez uyğunlaşıb. Samirin heyətdə böyük hörməti var və o bizə XL-lə oyunda kömək edəcək
Bilirsiz ki, vaxtı ilə Samir XL-də kapitan sarğısını daşıyıb?
Doğrudan? Xəbərim yox idi. İlk dəfədir ki bunu sizdən eşidirəm. Onda demək olar ki, bu oyuna olan marağı artıracaq.
