15 avqust 2010 14:21
Foqts Şükürovu görəcək
Bu gün Rusiya Premyer-liqasının 17-ci turun oyunları keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arena Ximki" stadionunda keçiriləcək ÇSKA – "Anji" oyununu izləmək üçün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Moskvaya səfər edib. Xatırladaq ki, milli komandamızın üzvü Mahir Şükürov "Anji" klubunda çıxış edir.
