15 avqust 2010 17:50
Zaur Tağızadə Neftçi`də çalışacaq
Azərbaycanın "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına bildirdi ki, komandanın sabiq kapitanı Zaur Tağızadə işsiz qalmayacaq.
"Klubun prezidenti Sadıq Sadıqov Tağızadə ilə görüşdü və ona komandada istədiyi işi təklif etdi. Lakin Zaur bəzi şəxsi məsələləri həll etmək üçün bir az vaxt xahiş etdi. Bundan sonra isə o klubda vəzifələrin birini tutacaq", - Süleymanov dedi.
