15 avqust 2010 20:49
Mirça Rednik: Futbolçularım böyük təcrübəyə malikdir
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik ölkə çempionatının 2-ci turunda "Simurq" üzərində qələbədən sonra (2:0) öz fikirlərini bildirdi.
"Erkən qol qələbədə əsas rolu oynadı. Lakin qeyd etməliyəm ki, üç xal əldə etmək bizim üçün çox çətin oldu. "Simurq" nümayiş etdirdi ki, o "Qəbələ"-dən güclüdü. Sadəcə mənim oyunçuların topla necə rəftar etmək lazım olduğunu bilirdilər. Bu onu göstərir ki, bizim futbolçularımızda böyük təcrübə var", - Mirça Rednik dedi.
