15 avqust 2010 21:11
Cokica Hacıyevski: Oyunçularımıza təzyiq göstərmək olmaz
Azərbaycanın "Simurq" komandasının baş məşqçisi Cokica Hacıyevski ölkə çempionatının 2-ci turunda "Xəzər-Lənkəran"-la oyundan sonra (0:2) öz fikirlərini bildirdi.
"Komandam o səviyyədə deyil ki, XL-lə bərabər oyun göstərək. Heç olmasa təzyiq göstərməyə çalışırdıq. Rəqib bizi təcrübə üstünlüyünə görə məğlub etdi. Bizim oyunçularımıza təzyiq göstərmək lazım deyil. Onlar hələ ki cavandılar, vaxt lzaımdır", - Hacıyevski bildirdi.
