15 avqust 2010 22:12
Arif Əsədov: Mətbuatda Neftçi`yə qarşı çox təzyiqlər olur
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Neftçi" komandasının baş məşqçisi Arif Əsəsdov ölkə çempionatının 2-ci turunda "Qəbələ" ila oyundan sonra (2:0) öz fikirlərini bildirdi.
"Mətbuatda mənə və "Neftçi"-yə qarşı çox təzyiqlər olur. Biz komandanı yenidən yaratmışıq, 17 oyunçu dəyişmişik. Qəbələyə qələbə qazanmaq üçün gəlmişdik. Bundan sonrakı oyunlarımızda da qalib gəlməyə çalışacağıq. "Qəbələ" komandasına bundan sonrakı oyunlarda uğurlar arzulayıram", - Əsədov dedi.
Mənbə: PFL
