15 avqust 2010 22:19
Toni Adams: Biz gələcəyin komandasını qururuq
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Qəbələ" klubunun baş məşqçisi Toni Adams ölkə çempionatının 2-ci turunda "Neftçi" ilə oyundaki məğlubiyyətdən sonra (0:2) öz fikirlərini bildirdi.
"Demək olar ki, rəqiblə eyni səviyyədə çıxış etdik, başabaş mübarizə apardıq. Lakin qapımıza iki qol vuruldu. Biz gələcəyin komandasını qururuq, sərəncamımda olan oyunçulardan maksimum istifadə etməliyəm".
Mənbə: PFL
