15 avqust 2010 22:32
Vinfrid Şefer: Azərbaycana dincəlməyə yox, oyun oynamağa gəlmişik
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer ölkə çempionatının 2-ci turunda "Muğan"-la oyundaki məğlubiyyətdən sonra (0:1) öz fikirləri ilə bölüşdü.
"Bugünkü oyunda mənim komandamda elə oyunçular var idi ki, onların meydanda nə etmək istədiklərini mən başa düşə bilmədim. Bizim güclü klublarda oynamış oyunçularımız var, yaxşı transferlər etmişik. Amma onlar "bura Azərbaycandı" deyib zəif çıxış etməməlidirlər, rahat oynamamalıdırlar. Bura dincəlməyə yox, oyun oynamağa gəlmişik. Bu oyunda hakimin müəyyən səhvləri olsa da, bu o demək deyil ki, bizim məğlub olmağımızda onların rolu oldu", Şefer bildirdi.
Mənbə: PFL
