15 avqust 2010 23:12
Ramil Əliyev: Oyunumuz alınmadı
Azerisport.az xəbər verir ki, Azərbaycanın "MOİK" klubunun baş məşqçisi Ramil Əliyev ölkə çempionatının 2-ci turunda "İnter"-lə oyundaki məğlubiyyətdən sonra (0:1) öz fikirlərini bildirdi.
"Çempion komandaya qarşı mübarizə apardıq. Oyunumuzu əsasən əks-hücumda qurmuşduq. Lakin istədiyimiz kimi alınmadı, oyunun son dəqiqələrində qapımızda qol gördük, məğlub olduq. "İnter" komandasını təbrik edirəm", - Əliyev bildirdi.
Mənbə: PFL
