15 avqust 2010 23:19
Kaxaber Tsxadadze: Çətin qələbə qazandıq
Azerisport.az xəbər verir ki, Azərbaycanın "İnter" komadasnın çalışdırıcısı Kaxaber Tsxadadze ölkə çempionatının 2-ci turunda "MOİK"-lə görüşdən sonra (1:0) öz fikirləri ilə bölüşdü.
"Milli komandalarda futbolçularımızın olması bizi sevindirir. Lakin onlar komandanın heyətinə geri dönərkən dağınıq halda olurlar. Ona görə də, bugünkü oyunda heyətdə rotasiya etdik, fiziki cəhətdən daha gümrah futbolçuları oyuna buraxdıq. İlk hissədə ərazi üstünlüyünə yiyələnsək də, qol imkanları az idi. Lakin ikinci hissədə futbolçular tempi artırdı, oyunumuz daha yaxşı getdi, əvəzetmələr də özünü göstərdi. Penaltidən fərqlnsək də, qələbə nə qədər çətin olsa da, bir o qədər xoşdur. MOİK-in heyətində gənc yerli futbolçular çoxdur. Çox çalışdıqca nəticə də gələcək. MOİK-ə uğurlar arzulayıram."
Mənbə: PFL
