15 avqust 2010 00:00
Şahin Diniyev: Hal hazırda Vaqifin transferi müzakirə olunmur, lakin...
Rusiyanın "Terek" klubunun məşqçisi Şahin Diniyev Azərbaycan yığmasının və Hollandiyanın "Twente" komandasının hücumçusu Vaqif Cavadovun mümkün transferi barəsində öz fikirlərini bildirdi.
"Hal hazırda onun transferi müzakirə olunmur. Vaqifin millidəki oyununa baxdım və deyə bilərəm ki, öz optimal formasından uzağdı. Lakin bu problem deyil. O optimal formasına 2-3 həfətəyə nail ola bilər. Bizə yaxşı forvard lazımdı, buna görə də Cavadov variantı gündəliyə yaxın bir zamanda daxil edilə bilər", - Diniyev azerisport.az saytına bildirdi.
