15 avqust 2010 12:35
Didye Droqba: Chelsea`nın tarixinə düşmək istəyirəm
İngiltərənin "Chelsea" klubunun hücumçusu Didye Droqba premyer-liqanın ilk turunda "West Bromwich Albion" komandası ilə görüşdən sonra (6:0) bildirdi ki, o öz komandasının tarixində ən yaxşı bombardiri olmaq niyyətindədi. Azerisport.az xəbər verir ki, futbolçu ilk turdaki oyununu müsbət qiymətləndirdi, lakin əlavə etdi ki, çətinliklər hələ ki irəlidədi.
"Yaxşı başlanğıcdı. Ancaq çətinliklər hələ qabağdadı. "Chelsea" tarixində on ən yaxşı bombardirlər sırasında yeganə əcnəbi olduğum barəsində nə deyə bilərəm? Mən hələ keçən mövsüm bildirmişdim ki, qolları vurmağa davam etdirəcəm, çünki klubun tarixinə düşmək istəyirəm. Əldə olunan nəticələrlə kifayələnməyəcəm, daha da yüksəlmək istəyirəm", - Droqba dedi.
Hal hazırda Droqba "Chelsea" klubunun ən yaxşı bombardirləri sırasında altıncı yeri tutur – 134 qol. Hazırda komandanın heyətində çıxış edənlərdən isə Frenk Lempard 3-cü yerdə qərarlaşıb – 158 qol. Birinci yerdə isə 60-cı illərdə klubun şərəfini qorumuş Bobbi Temblinqdi – 202 qol. Lakin Didye Droqba "Chelsea"-nin avrokuboklarda ən çox qol vuran futbolçusudu – 26.
Mənbə: AP
