16 avqust 2010 13:22
Futbolçu oruc tutmadığına görə komandadan kənarlaşdırıldı
İranın “Stil Azil” yarımmüdafiəçi Əli Kərimi ilə müqaviləni pozdu. Azerisport.az xəbər verir ki, bu futbolçu müqəddəs Ramazan ayında oruc tutmadığına görə baş verdi.
“Biz oyunçularımızdan birini – Əli Kərimini – isterfaya göndərməyə məcbur olduq. Çünki o oruc tutmağdan imtina etdi. Həmçinin, futbolçu ölkə Futbol federasiyası və klubun rəhbərliyini təhqir etdi”, - klubun rəsmi saytına bildirilir.
“Mən müsəlman və dindaram”, - Kərimi mətbuata deyərək, təhqir etmə insidenti təkzib etdi.
