16 avqust 2010 13:39
Hafiz Məmmədov Bakı`nın 14 əməkdaşını istefaya göndərdi
Azərbaycanın “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov komanda rəhbərliyinin istefasını qəbul etdi. Azerisport.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın prezidenti komandanın 14 əməkdaşını istefaya göndərdi.
Bunun əsas səbəbi komandanın Avropa Liqasında uğursuz çıxışı və sənəd səhvlərinə görə “Bakı” Makedoniyanın “Buduçnost” komandasını keçə bilmədiyi oldu. Əgər klub nümayəndələri kamerunlu Joel Epallenin diskvalifikasiyası haqqında vaxtında bildirsə idilər, o zaman UEFA komandanı diskvalifikasiya etməzdi.
