16 avqust 2010 14:36
Qurban QURBANOV: Borussia ilə oyun çətin olacaq...
Azərbaycanın “Qarqabağ” klubunun baş məşqçisi Qurban Qurbbanov azerisport.az saytına müsahibə verdi.
“Borussia” ilə oyuna hazırlıq necə keçir?
Hazırlığa biz artıq cümə günü başladıq, uşaqları çox yüklıəmirdim. “Neftçi”-yə qarşı çətin oyun keçirdik və həmçinin bundan sonra da bəzi oyunçular Küveytlə görüşdə iştirak ediblər. Buna görə də biz onlara ikigünlük istirahət verdik. Şənbədən başlayaraq, almanlara qarşı konkret taktika üzərində işə başladıq.
Məşqləri “Borussia”-nın süni azərkeşlərin səsi altında keçirməyi siz fikirləşib tapdınız?
Biz çox fikirləşirdik ki, futbolçularımızı Dortmund arenasının mühitinə necə hazırlaşdıraq. Və gəlib çıxdıq bu fikirə.
Rəqib haqqında isə nə deyə bilərsiz?
Bundesliga-nın iştirakçısı və avrokuboklara həmin çempionatdan düşən komanda haqqında nə demək olar? Əlbətdə, bu 13 il əvvəl Çempionlar Liqasının qalibi olmuş “Borussia” deyil. Həmçinin alman klubu bizə söz verdi ki, onlar Almaniya Kubokunda keçirilən oyununun video yazısını bizə göndərəcəklər. Bundan əlavə də, mən özüm bir neçə oyunlarına baxmağa planlaşdırıram.
Siz Almaniyaya artıq avqustun 16-sı yola düşürsüz, baxmayaraq ki, oyun avqustun 19-u keçiriləcək. Bu nə ilə bağlıdı?
Biz oyuna çoz yaxşı hazırlaşmaq istəyirik. Biz çox yaxşı anlayırıq ki, rəqib öz meydançasında qol vurmaq istəyəcək, lakin biz bu həmləyə tab gətirməliyik. Oyun çətin olacaq, amma mən komandama inanıram.
Qonaq meydançasında heç-heçə “Qarabağ” üçün uğurlu hesab sayılacaq?
Hər şey şəraitdən asılıdı. Kim bilir bəlkə biz elə oyun göstərəcəyik ki, heç-heçə də bizim üçün az olacaq. Lakin “Borussia” oyun boyu hücum etsə, xeyli vəziyyətlər yaradsa, bu halda hətta minimal hesablı məğlubiyyətdə bizə şans saxlayacaq.
Əfran İsmayılovnan söhbət etmisiz?
Türkiyədə olan müddətdə onunla iki dəfə görüşmüşəm. Bir dəfə əmiliyyatdan öncə, digər isə - sonra. Həmçinin onun həkimi Ömər Taşla da danışdım. Hesab edirəm ki, o tez bir zamanda özünə gələcək.
Elə ola bilərmi, onu Vaqif Cavadov əvəz etsin?
Bizim çox yaxşı söhbətimiz alındı. Mən Vaqifnən danışmışam və o "Qarabağ"-a qayıtmağa razılığını bildirdi. İndi isə hər şey klub rəhbərliyi səviyyəsində həll olunmalıdı.
Siz ona nə məsləhət etdiniz – qayıtmaq yoxsa “Twente”-nin əsas heyətinə düşmək üçün mübarizəni davam etdirmək?
Cavadov Hollandiyaya yollananda indiki formasından qat-qat yaxşı idi. Zədə aldı, bəxti gətirmədi. O zaman Rusiya variantı da var idi, lakin mən ona məsləhət gördüm ki, Hollandiyanı seçsin. Hesab edirəm ki, “Twente”-də ona şans verəcəklər, və o bu şansdan istifadə etməlidir.
Bəs “Rubin” ya da “Terek” komandalarına mümkün transferi?
Mən istəməzdim ki, Vaqif Rusiyada çıxış etsin. Orada sərt futbol oynayırlar. Bu cəhətdən Vaqifə daha çox Hollandiya yaraşır.
